Sakit okeanda 6,3 bal gücündə zəlzələ olub

sakit-okeanda-63-bal-gucunde-zelzele-olub
Oxunma sayı: 709

Sakit okeanda, Papua - Yeni Qvineya sahilərində 6,3 bal gücündə zələlə baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanlar Madanq şəhərindən 182 kilometr şimalda, 40 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.