Sakit okeanda 8 bal gücündə zəlzələ oldu

sakit-okeanda-8-bal-gucunde-zelzele-oldu
Oxunma sayı: 1106

Kermadec arxipelaqı sahillərində - Sakit okeanda 8.0 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentr yaxınlığında yaşayış məntəqlərinin yerləşmədiyi bildirilir. Sunami xəbərdarlığı edilib.

Qeyd edək ki, dünən Yeni Zelandiyada 7,3 və 7,5 bal gücündə zəlzələlər baş verib.