Sakit okeanda güclü zəlzələ

Sakit okeanda güclü zəlzələ
Oxunma sayı: 1849

Sakit okeanda Tonqa Krallığı sahillərində 5,5 maqnitudalı zəlzələ olub.

Bu barədə “Qafqazinfo” ABŞ-ın Geoloji Xidmətinə istinadən xəbər verir.

Onun məlumatına görə, yeraltı təkanların episentri krallığın paytaxtı Nukualofa şəhərindən 159 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi barədə məlumat daxil olmayıb.