Sakit okeanda güclü zəlzələ

sakit-okeanda-guclu-zelzele
Oxunma sayı: 1874

Sakit okeanın cənub-şərq hissəsində 6,6 maqnitudalı zəlzələ olub.

Bu barədə “Qafqazinfo” ABŞ-ın Geoloji Xidmətinə istinadən xəbər verir.

Onun məlumatına görə, yeraltı təkanların episentri Çilinin Valdiviya şəhərindən 3 251 kilometr şimal-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi barədə məlumat daxil olmayıb.