Sakit okeanda 6,3 bal gücündə zəlzələ olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri Saypan adasından 698 kilometr cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Sunami təhlükəsi elan edilməyib.
Son xəbərlər
Son Xəbərlər