Sabah UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunundan “Liverpul” evdə “Barselona”nı qəbul edəcək. “Qafqazinfo” xəbər verir ki, ingilislər vacib oyunöncəsi ciddi itki ilə üzləşib.
Belə ki, komandanın lideri, superulduz Məhəmməd Salah "Nyukasl"la matçda (3:2) zədələnib. Bu barədə komandanın baş məşqçisi Yurgen Klopp məlumat verib. O deyib ki, Salahın vəziyyəti nomaldır, amma “Barselona” ilə matçı buraxacaq.
Bundan başqa Roberto Firmino və Nabi Keyta da meydana çıxa bilməyəcək.
Qeyd edək ki, “Liverpul” ilk oyunda səfərdə 0:3 hesabı ilə uduzub.
Son xəbərlər
Son Xəbərlər