Salah daha 5 il “Liverpul”da oynayacaq

salah-daha-5-il-liverpulda-oynayacaq
Oxunma sayı: 1213

“Liverpul” futbolçusu Məhəmməd Salahla müqaviləni yeniləyib.

"Qafqazinfo" xəbər verir ki, Misir millisinin üzvü "qırmızılar"la 5 illik yeni sözləşmə imzalayıb.
 
Qeyd edək ki, Salah 2017-ci ilin yayında "Roma"dan “Liverpul”a 50 milyon avroya transfer olunub. O, ötən mövsüm 32 qolla Premyer Liqanın bombardiri olub.