Salah daha bir mükafat qazandı

salah-daha-bir-mukafat-qazandi
Oxunma sayı: 2158

İngiltərənin “Liverpul” klubunun oyunçusu Mohammed Salah növbəti mükafatını qazanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, misirli yarımmüdafiəçi ərəb ölkələri  futbolçuları arasında 2017-ci ilin ən yaxşısı seçilib.

O, jurnalistlərin iştirak etdiyi sorğu əsasında bu ada layiq görülüb.

Xatırladaq ki, M.Salah BBC-nin keçirdiyi səsverməyə əsasən, Afrikanın ən yaxşı oyunçusu seçilib.