Salah “Liverpul”la yeni müqavilə imzaladı

salah-liverpulla-yeni-muqavile-imzaladi
Oxunma sayı: 1852

Hücumçu Məhəmməd Salah İngiltərənin “Liverpul” futbol klubu ilə uzunmüddətli müqavilə imzalayıb.

“Qafqazinfo” “Sport-express.ru”ya istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, müqavilənin dəqiq şərtləri barədə məlumat verilmir. Bununla belə, insayder Fabrisio Romanonun sözlərinə görə, müqavilə 2025-ci ilin iyun ayına qədərdir.

30 yaşlı futbolçu 2017-ci ildən “Liverpul”da çıxış edir. Onun əvvəlki müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, Salah ötən mövsüm komandanın heyətində bütün turnirlərdə 51 oyunda 31 qol vurub və 15 məhsuldar ötürmə edib. Misirli futbolçu “Liverpul”da cəmi 5 il ərzində 254 matçda 156 qol vurub.