Salah prezident seçkilərində 1 milyon səs topladı - Foto

salah-prezident-seckilerinde-1-milyon-ses-topladi
Oxunma sayı: 1795

“Liverpool”da bu mövsüm məhsuldar oyun nümayiş etdirən Məhəmməd Salah Misirdə baş tutan prezident seçkilərində 1 milyon səs toplayıb.

“Qafqazinfo” xəbər verir ki, futbolçu namizəd olmasa da, bir sıra vətəndaşlar seçki blankında onun adını qeyd ediblər. 

Qeyd edək ki, həftəsonu keçirilən seçkilərin qalibi Əbdulfəttah əl-Sisi olub.

Salah bu mövsüm 29 qolla Premyer Liqanın bombardiri statusunu özündə saxlayır.