“Real” Məhəmməd Salahın transferi üçün “Liverpul”la razılığa gəlib.
“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə “Don Balon” nəşri çıxış edib. Bildirilir ki, 25 yaşlı hücumçu üçün Madrid klubu 175 milyon funt-sterlinq ödəyəcək. Salah Florentino Peresə “kral klubu”na keçməyə söz verib.
Qeyd edək ki, misirli vinger bu mövsüm 50 matçda 43 qol vurub, 15 qolun ötürməsini verib.
Son xəbərlər
Son Xəbərlər