Salah Ronaldonu qabaqlayıb birinci oldu

salah-ronaldonu-qabaqlayib-birinci-oldu
Oxunma sayı: 2181

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

"Qafqazinfo" xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, "Liverpul"un vingeri Məhəmməd Salah ən yaxşı oyunçu seçilib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, misirli futbolçu 1/4 final mərhələsinin "Mançester Siti" ilə ilk oyununda (3:0) 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.