Salahın muzeyi açılacaq

salahin-muzeyi-acilacaq
Oxunma sayı: 892

Misir hökuməti “Liveröul”un misirli ulduzu Məhəmməd Salah üçün muzey açmağı planlaşdırır.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Misirin idman naziri Əşrəf Sübhi muzeyin paytaxt Qahirədəki Əl-Cəzira gənclik mərkəzində açılacağını bildirib.

Məlumata görə, muzeydə Salahın qazandığı mükafatlar, futbol ayaqqabısı, formaları, fotoları və digər özəl əşyaları sərgilənəcək.

Qeyd edək ki, Salah 2017 və 2018-ci ildə Afrikada ilin futbolçusu seçilib.