Səhhətində ciddi problemlər yaranan tanınmış şair Salam Sarvanın 10 saatlıq əməliyyatı uğurla başa çatıb.
“Qafqazinfo” Kulis.az-a istinadən xəbər verir ki, bu barədə şairin yaxınları məlumat verib.
“Əməliyyat uğurla keçdi. Hələlik reanimasiyadadır. Həkimlər bir neçə gün burada qalmasını məsləhət görüblər”, - məlumatda bildirilib.
Qeyd edək ki, Salam Sarvanın qaraciyərində şiş aşkarlanmışdı. Əvvəlcə həkimlər əməliyyatın riskli olduğunu bildirsələr də, müayinələrdən sonra onun yenidən əməliyyat şansı olduğuna qərar verilib.
Son xəbərlər
Son Xəbərlər