“Salam”ını almayan şəxsi öldürənin məhkəməsi oldu -

salamini-almayan-sexsi-oldurenin-mehkemesi-oldu-
Oxunma sayı: 861


“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı tamamlanıb.

Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Növbəti məhkəmə iclası avqustun 26-a təyin edilib. Gələn iclasda dövlət ittihamçısının təqsirləndirilən şəxs üçün hakimlər kollegiyasından cəza istəyəcəyi gözlənilir.

Qeyd edək ki, Rövşən Əliyev ötən ilin noyabrın 8-də Suraxanı rayonunun Əmircan qəsəbəsində marşrut dayanacağında gələrək orada dayanan qəsəbə sakini Şahrza Mirzəyevə salam verib. Lakin Mirzəyev onunla əvvəllər mübahisəsi düşdüyü üçün Rövşənin salamını almayaraq kobud cavab verib.

Bundan sonra onlar arasında dava düşüb. Bu zaman dayanacaqda olan Arif Abbasov onları sakitləşdirmək üçün araya girib. Rövşən Əliyev cibindən çıxardığı bıçaqla Arifin budundan vurub və Arif kənara çəkilib. R.Əliyev Şahrza Mirzəyevlə əlbəyaxa dava edib və sonda onu da bıçaqlayıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Ş.Mirzəyev xəstəxanada vəfat edib.

Murad Əhməd

“Qafqazinfo”