“Salavat” ayəsinin savabı nədir?

salavat-ayesinin-savabi-nedir
Oxunma sayı: 5362

“Qafqazinfo” deyerler.org saytına istinadən xəbər verir ki, Allah Təala bu ayədə buyurur: “Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam (salavat) göndərirlər (Allah ona Öz xüsusi rəhmətini bəxş edir və mələklər onu vəsf və təqdis edirlər). Ey iman gətirənlər, ona salam (salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun”. (“Əhzab” 56).

O, varlıq aləminin dəyərli gövhəridir. Əziz Peyğəmbərimiz (s) elə bir insan idi ki, insanların arasından çıxmışdı, ancaq o, adi insan deyildi. Elə bir insan idi ki, varlıq aləmi onun vücudunda cəm olmuşdu.

İmam Kazım (ə) buyurur: “O kəs ki, sübh və məğrib namazlarından sonra, ayağa qalxmazdan və kiminləsə söhbət etməzdən əvvəl “Əhzab” surəsinin 56-cı ayəsini oxuyarsa və sonra salavat göndərərsə, Allah onun 100 hacətini yerinə yetirər ki, onların yetmiş hacəti dünyada və otuz hacəti axirətdədir”.

Bu duanın tərcüməsi belədir: “Allahdan başqa Məbud yoxdur. Həqiqətən, Allah və mələkləri Peyğəmbərə (s) salam verirlər. Ey o kəslər ki, iman gətirmisiniz! Ona salam göndərin və ona təslim olun. Ey bizim Pərvərdigarımız! Allahım! Muhəmməd (s) və Ali-Muhəmmədə (ə), Əhli-beytinə (ə) və Həzrət Muhəmmədin (s) övladlarına salam göndər, Allahın salamı, rəhməti və bərəkəti ona olsun. Şəhadət verirəm ki, biz onlara təslimik. Onlara iman gətirmiş və onları doğruçu hesab edirik. Allahım! İman gətirmişik və təsdiq etmişik və Peyğəmbər (s) və ailəsinin ardıcılı olmuşuq. Ona görə də bizləri də şəhadət verənlərdən yaz.

Allahım! Bizi dünya və axirət istəklərimizə çatdıran ruzini bizə çoxlu-çoxlu yağdır. Çox çalışıb az əldə etməkdən, ya xəlq etdiklərindən kimsə bizə minnət qoymaqdan uzaq olaraq. Geniş və pakizə ruzini Öz rəhmətli əllərinlə, nəinki xəlqin əli ilə (bizə əta et).

Allahım! Gözlərimə aydınlığı, dinimə bəsirəti, əməlimdə ixlası, ruzimdə genişliyi, gecə və gündüz xatırlamanı dilimdə qərar ver. Sənə şükür etməyimi davamlı olaraq mənə əta et o zamana qədər ki, dünyadayam.

Allahım! Məni heç bir zaman qadağan buyurduğun yerlərdə tapma və o şeyi ki, əta etmisən, çox xeyirli və bərəkətli et. O zaman ki, canımı alacaqsan, mənə rəhm et, həqəqətən də Sən hər şeyə Qadirsən!”.

Baxmayaraq ki, “Əhzab” 56 ayəsini hər bir zamanda və məkanda oxumaq mümkündür, lakin İmam Əlidən (ə) gələn hədisə görə bu ayəni eşidən zaman çoxlu salavat demək lazımdır.