Sallivanla Kalın arasında telefon danışığı olub

sallivanla-kalin-arasinda-telefon-danisigi-olub
Oxunma sayı: 1182

ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan və Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın arasında telefon danışığı olub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Emili Horn bildirib.

Onun sözlərinə görə, Sallivan və Kalın Prezident Co Baydenlə Prezident Rəcəb Tayyib Ərdoğan arasında iyunun 14-də keçirilmiş görüşün inkişafına dair bir sıra regional məsələləri müzakirə ediblər. Horn iki dövlət başçısının müşavirlərinin söhbəti ilə bağlı heç bir təfərrüat açıqlamayıb.

Qeyd edək ki, Bayden və Ərdoğanın danışıqları Brüsseldə NATO sammiti çərçivəsində keçib.