Salman Rüşdini bıçaqlayan şəxs özünü təqsirli bilmədi

salman-rusdini-bicaqlayan-sexs-ozunu-teqsirli-bilmedi
Oxunma sayı: 1509

Hindəsilli məşhur britaniyalı yazıçı Salman Rüşdini yaralayan Hadi Mattar özünü təqsirli bilməyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Bildirilib ki, məhkəmə Mattarı girov müqabilində azadlığa buraxmayaraq onu həbsdə saxlayıb.

Növbəti iclas sentyabrın 7-nə təyin edilib. Yazıçının vəziyyəti ağır olaraq qalır, lakin həkimlər onun yaxşılaşdığını bildirirlər.

Qeyd edək ki, Salman Rüşdi avqustun 13-də Nyu-Yorkda bıçaqlı hücuma məruz qalıb. Onu Nyu-Cersi ştatının sakini 24 yaşlı Hadi Mattar bıçaqlayıb.