Salmonellanın “kinder”lərə necə yoluxduğu məlum oldu

salmonellanin-kinderlere-nece-yoluxdugu-melum-oldu
Oxunma sayı: 3281

Avropanın bir çox ölkəsinə yayılan və 100-dən çox uşağa yoluxan salmonella virusunun mənbəyi bəlli olub.

“Qafqazinfo” "Le Parisien" qəzetinə istinadən xəbər verir ki, Fransada salmonella virusu aşkar edilən "Kinder" şokoladlarının istehsalçısı "Ferrero" şirkətinin baş direktoru Nikolas Neykov sağlamlıqla bağlı qalmaqal başlayandan bəri ilk dəfə danışıb.

Məlum olub ki, virus fabrikə tərkibində salmonella olan xammal vasitəsilə daxil olub.

Baş direktorun sözlərinə görə, virusun ortaya çıxdığı Belçikadakı Arlon fabrikinə necə girdiyi təsbit edilib.

Araşdırma zamanı yoluxmanın fabrikin süd yağı çənindəki filtrdən qaynaqlandığı üzə çıxıb:

"Virus oraya ya əvvəllər yoluxmuş xammal vasitəsilə daxil olub, ya da işçilər tərəfindən ötürülüb".

Dekabrın 15-də - salmonellanın ilk aşkar edildiyi vaxtda şirkət Arlon fabrikini bağlamadığı üçün ciddi tənqidlərə məruz qalıb.

"Dekabrın 15-də biz bütün istehsal xətlərini dayandırdıq, istehsal olunanları atdıq. Sonrakı günlərdəki bütün sınaqlarımız mənfi oldu, ona görə də fabriki yenidən açdıq", - Nikolas Neykov əlavə edib.

Məhsulları geri çağırıldıqlarına diqqət çəkən Neykov bunun son iyirmi ilin ən böyük “məhsul geri çağırışı” olduğunu bildirib.

Qeyd edək ki, ən çox şokolad satışının edildiyi Pasxa dövründə şirkət dövriyyəsinin 40 faizini itirib və ilin sonunda zərər on milyonlarla avro civarında olacaq. İstehlakçıların 60%-i artıq bu markaya inanmır.