Madrid məhkəməsi məşhur rəssam Salvador Dalinin qalıqlarının eksqumasiyasına qərar verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, iddianı qaldıran qadın Pilar Abel Martines Dalinin qızı olduğunu bildirib.
Qeyd edək ki, ispan rəssamı, rejissor və yazıçı Salvador Dali 1989-cu ilin yanvarın 23-də, 85 yaşında ölüb. Rəssam ölərkən vəsiyyət edib ki, elə bir yerdə dəfn edilsin ki, insanlar onun qəbri üzərində gəzə bilsinlər. Bu səbəbdən Dali Fiqeras şəhərində yerləşən muzeyin otaqlarından birinin döşəməsinə bastırılıb.

Son xəbərlər
Son Xəbərlər