Salvadorda MN rəhbərinin oğlu təyyarə qəzasında öldü - Yenilənib

salvadorda-mn-rehberinin-oglu-teyyare-qezasinda-oldu
Oxunma sayı: 1773

Salvadorda hərbi təyyarə qəzaya uğrayıb.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, ölkənin müdafiə naziri Merino Monroinin oğlu Herardo Merino da təyyarənin göyərtəsində olub.

Sözügedən təyyarə bu yaxınlarda dənizdə itən yaxtanın axtarışları ilə məşğul olub. Göyərtədə üç ekipaj üzvü də olub. Axtarışlara təyyarə və helikopterlər cəlb olunub.

Sosial şəbəkələrdə ekipaj üzvlərinin hər birinin həlak olduğu barədə məlumatlar paylaşılıb.

***

Salvador Prezidenti Nayib Bukele Herardo Merinonun qəza nəticəsində həlak olması faktını təsdiq edib. 

Merino ilə təyyarədə olan iki pilot da həlak olub. Ölkənin Silahlı Qüvvələri onların hər üçünün cəsədini təyyarənin qalıqlarının altından tapıb. 

Prezident bildirib ki, müdafiə naziri yaşadığı acıya baxmayaraq xilasetmə əməliyyatına şəxsən rəhbərlik edir.