“Şalvar geyinmə, dar geyinmə, oğlanla danışma...”

salvar-geyinme-dar-geyinme-oglanla-danisma
Oxunma sayı: 2853


 “Qafqazinfo”nun məlumatına görə, aktrisa sosial şəbəkədə əvvəllər qadınlara qadağalar qoyulmasına baxmayaraq, indi daha sərbəst olduqlarını bildirib:

“Sabahdan Azərbaycan saytlarını oxuyuram. Deyirəm demokratiya bizim qadınlara, qızlara daha çox yarayıb. Keçmiş günlərimiz yadıma düşdü. Ora getmə, bura getmə, ona baxma, buna baxma, şalvar geyinmə, qısa geyinmə, dar geyinmə, böyüklərin yanında çok danışma, gülmə, ayağını ayağının üstünə qoyma, qız uşağısan oğlanla, kişi ilə danışma, başın həmişə aşağıda olsun, heç kimə baxma, dərsin bitən kimi evə gel, avtobusa minəndə arxa qapıdan minmə, çünki arxa qapıdan avtobusa həmişə kişilər minər,  qız uşağısan toylarda şıdırğı oynama, siqaret çəkmə, alkoqol qəbul etmə, səhnədə öpüşmə, qucaqlaşma, əl-ələ tutma. Yadımda qalanlar bunlardır”.