Salyan polisinin axtarışa verdiyi şəxs Fransada saxlanıldı

salyan-polisinin-axtarisa-verdiyi-sexs-fransada-saxlanildi
Oxunma sayı: 2718

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Fransada həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Salyan RPŞ tərəfindən barəsində dövlətlərarası axtarış elan edilmiş 1985-ci il təvəllüdlü Şaiq Əliyev Fransa polisi tərəfindən saxlanılıb. Onun Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.

Bildirilir ki, Ş.Əliyev barəsində Azərbaycan Cinayət Məcəlləsinin 310 və 320-ci (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə iş başlanılıb. Onun saxta sənədlər əsasında Fransaya getdiyi və orada yaşadığı bildirilir.

Nizam Rza