Salyan şossesində hücum edib pulunu apardılar

salyan-sossesinde-hucum-edib-pulunu-apardilar
Oxunma sayı: 1032

Bakı şəhər sakini Ə.Bəkirov aprelin 21-də saat 23 radələrində Salyan şossesi küçəsi ilə gedərkən 2 nəfərin hücumuna məruz qalıb. 

“Qafqazinfo” xəbər verir ki, həmin şəxslər ona zor tətbiq edərək 230 manatını alıblar. Zərərçəkmiş bu barədə Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət edib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri C.Ağayev və V.Paşayev qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Səbail RPİ tərəfindən araşdırma aparılır.