Salyan rayonunda vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan kürsülü birmərtəbəli 3 otaqlı evin zirzəmisində istifadəyə yararsız taxta tullantıları 5 kv.m sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ev yanğından mühafizə olunub. Yanğın saat 17:50-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan birmərtəbəli 2 otaqlı evin zirzəmisində köhnə ev əşyaları 3 kv.m sahədə yanıb. Ev yanğından mühafizə olunub. Yanğın saat 15:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Zaqatala rayonunda vətəndaşa məxsus ümumi sahəsi 234 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın tavanı 36 kv.m sahədə və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər