Salyanda 3 otaqlı ev yandı

salyanda-3-otaqli-ev-yandi
Oxunma sayı: 713

Salyan rayonu, Yuxarı Noxudlu kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 m2 olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

QafqazinfoFövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.