Salyanda ağır qəza - 5 yaralı

salyanda-agir-qeza
Oxunma sayı: 714

Ələt-Astara yolunun Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobil ilə hazırda markası məlum olmayan minik maşınının toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib. Yaralılardan birinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.