Salyanda avtomobillə vurulan gənc öldü

salyanda-avtomobille-vurulan-genc-oldu
Oxunma sayı: 2286

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün rayonun Pambıqkənd kəndi ərazisində qeydə alınıb.

Şirvan şəhər sakini B.Bağırov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 25-30 yaşlarında olan kişini vurub. Nəticədə həmin şəxs hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.