Salyanda avtomobillər toqquşdu, yaralılar var - Fotolar

Salyanda avtomobillər toqquşdu, yaralılar var
Oxunma sayı: 2634

Salyanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kərimbəyli kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2107”  markalı minik avtomobili idarəetməni itirərək əvvəlcə “Daewoo” markalı minik avtomobilinə, daha sonra isə “Toyota Prado” markalı minik avtomobilinə çırpılıb.

Qəza zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə, Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanların şəxsiyyətləri hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli