Salyanda ev yanıb

salyanda-ev-yanib
Oxunma sayı: 850

Salyanda yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Salyan şəhərində ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 69 kv.m olan 4 otaqlı mənzilin bir otağının və mətbəxinin yanar konstruksiyaları 32 kv.m sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər bina sakini təxliyyə olunub. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 05:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.