Salyanda intihara cəhdin qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Salyan rayonunda 1 nəfər elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Son xəbərlər
Son Xəbərlər