Salyanda işıq xətlərinin genişmiqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilir.
“Azərişıq” ASC-dən “Qafqazinfo”ya verilən məlumata görə, istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün son iki ildə 3 ədəd yeni yarımstansiya inşa edilib.
Nəticədə 30 mindən artıq istehlakçı elektrik enerjisi ilə təchiz edilib.
Rayon ərazisində 37 ədəd müxtəlif güclü yeni komplekt transformator məntəqəsi qurlaşdırılaraq istismara verilib. 5 yarımstansiyada az güclü transformatorlar daha güclüləri ilə əvəz edilib.
Hazırda rayonun Xıdırlı, Qaraçala və Kötəl kəndləri, o cümlədən Ələt qəsəbəsinə yaxın şəbəkələrin tam yenidən qurulması istiqamətində 2500-ə yaxın abonenti əhatə edən ərazilərdə yenidənqurma və bərpa işləri aparılır.
Son xəbərlər
Son Xəbərlər