Bu gün səhərə yaxın Salyanın Kürsəngi kəndində 4 yaşlı uşağı yatdığı yerdə ilan sancıb.
"Qafqazinfo" Virtualaz.org-a istinadən xəbər verir ki, ilan 2012-ci ildə anadan olmuş Ataliyev Elgün Nəzər oğlunun sağ diz nahiyəsindən sancıb.
Valideynləri tərəfindən dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan uşağa tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Son xəbərlər
Son Xəbərlər