Cümə günü, avqustun 4-də axşam saat 23 radələrində Ələt-Astara avtomobil yolunun Salyan şəhərinin Bayraq meydanına bitişik keçən 57-ci km-də 31 yaşlı piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun Virtualaz.org-a istinadən məlumatına görə, Neftçala rayon sakininin idarə etdiyi “Mercedes” markalı avtomaşınla yolu keçmək istəyən 1986-cı ildə anadan olmuş Salyan rayonu Aşağı Noxudlu kənd sakini Mirzəyev Röyal Rafiq oğlu vurulub.
Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılan xəstə baş nahiyəsindən ağır xəsarətlər aldığı üçün vəziyyəti ağırdır.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
Son xəbərlər
Son Xəbərlər