“Qafqazinfo” xəbər verir ki, APA-ya BDYPİ-nin qəza yerində olan müstəntiqinin verdiyi məlumata görə, saat 20.00 radələrində, Ələt-Astara magistralının 22-ci kilometrliyində, Salyan rayonunun Kürsəngi qəsəbəsi ərazisində “Mersedes” markalı 90 UL 447 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə hələlik adı məlum olmayan sürücü hadisə yerində ölüb, sərnişin isə ağır bədən xəsarətləri ilə Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Avtoqəzada ölən və yaralının adları dəqiqləşdirilir.
Son xəbərlər
Son Xəbərlər