Salyanda narkotik əməliyyatı

salyanda-narkotik-emeliyyati
Oxunma sayı: 990


“Qafqazinfo” xəbər verir ki, İlham Abbasovun külli miqdarda narkotik maddə satışı ilə məşğul olması barədə polisə əməliyyat məlumatı daxil olduqdan sonra o nəzarətə götürülüb. Əməliyyatçılar İlham Abbasovu saxlamaq istəyərkən o əlindəki şübhəli bağlamanı ataraq qaçmaq istəsə də buna nail ola bilməyib. Bağlamaya baxış zamanı 1 kiloqramdan çox narkotik maddə olan həşiş qatranı aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs bildirib ki, narkotik maddəni İran İslam Respublikasının tanımadığı vətəndaşından satmaq məqsədi ilə alıb. Lakin ələ keçdiyindən narkotik maddəni realizə edə bilməyib.