Salyanda nişan mərasimi keçirənlər cərimələndi - Video

salyanda-nisan-merasimi-kecirenler-cerimelendi
Oxunma sayı: 2180

Salyan rayonunun Noxudlu kənd sakini Əziz Əliyevin yaşadığı evdə qonaqların iştirakı ilə gizli şəkildə nişan mərasimi təşkil etdiyi müəyyən edilib.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, məclisin təşkilatçısı və iştirak edən 9 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq hər biri 200 manat cərimə ediliblər.