“Qafqazinfo” xəbər verir ki, kənd sakinləri virtualaz.org saytının müxbiri ilə söhbətlərində Əyyub Cəfərovu sakit təbiətli bir adam kimi tanıdıqlarını, onun uzun müddət kənd icra nümayəndəliyində mühasib işlədiyini dedilər.
Kənd sakinlərinin bildirdiyinə görə, Ə.Cəfərovun ayrı-ayrı şəxslərə və banklara üst-üstə 30 min manata yaxın borcu olub, amma bu borcları qaytara bilmirmiş. Bu səbədən keçirdiyi stress ucbatından 3 ay əvvəl onun səhhətində nevroloji problemlər yaranıb, dinib-danışmırmış, özünə qapanıbmış. Ev şəraitində müalicə də olunurmuş. İyunun 1-də isə yaxınlarına bir söz demədən evdən çıxıb və elə o vaxtdan da ondan bir xəbər yoxdur.
Son xəbərlər
Son Xəbərlər