Salyanda qadın əri tərəfindən bıçaqlandı

salyanda-qadin-eri-terefinden-bicaqlandi
Oxunma sayı: 2837

Salyanda qadın əri tərəfindən bıçaqlanıb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kürsəngi kəndində baş verib.

Belə ki, kənd sakini 1988-ci təvəllüdlü Kərimov Məcid həyat yoldaşı Aysel Kərimovanı aralarında yaranmış mübahisə zamanı bıçaqlayıb. Ağır xəsarətlər alan qadın Salyan rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə vəziyyəti ağır olduğu üçün Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli