Salyanda qəza- - Qarpızlar yerə töküldü

salyanda-qeza-
Oxunma sayı: 895


"Qafqazinfo" APA-ya istinaən xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndi ərazisində qeydə alınıb. “Opel” markalı minik avtomobili qarpız daşıyan “QAZel” markalı yük maşını ilə toqquşub. Zərbənin təsirindən yük maşını aşıb, içindəki qarpızlar yola tökülüb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü ölüb. Sərnişinlərindən bir qadın və bir uşaq olmaqla iki nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisədən fotolar sosial şəbəkədə paylaşılıb.


“Qafqazinfo”