Salyanda qoç yaşlı qadını vurub xəstəxanalıq etdi

salyanda-qoc-yasli-qadini-vurub-xestexanaliq-etdi
Oxunma sayı: 2821

Salyanda qoç yaşlı qadını vurub.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Kürqaraqaşlı kəndində baş verib.

Belə ki, Kürqaraqaşlı kənd sakini, 1956-cı il təvəllüdlü Əsgərova Narxanım Adıböyük qızına öz evinin həyətində xırdabuynuzlu heyvan hücum edib.

Nəticədə qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Tural Hüseynli