Salyanda toyda oğlan evinin adamları döyüldü

salyanda-toyda-oglan-evinin-adamlari-doyuldu
Oxunma sayı: 2336

Bu gün axşam saatlarında Salyan rayonunun Kürsəngi kəndində həyətlərdən birində keçirilən toyda kütləvi dava baş verib.

“Qafqazinfo”nun Virtualaz.org-a istinadən verdiyi məlumata görə, qız evinə toya gəlmiş bəyin qardaşları- 24 yaşlı İmanov Asif Ziyad oğlu, 32 yaşlı İmanov Rəşad Ziyad oğlu və əmiləri, 47 yaşlı İmanov Akif Zaman oğlu döyülərək xəsarət aldıqları üçün Salyan Mərkəzi Rayon Xəstəxanasına gətiriliblər.

Əmi Akif İmanova ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılsa da, qardaşlar Asif və Akif xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırılmalara başlanılıb.