Salyanda üç uşağın ağır zədələnməsi ilə nəticələnən hadisə baş verib.
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, Salyan rayonunun Peyk kəndində Şamaxıdan qonaq gələn 2013-cü il təvəllüdlü Rasim Yunus oğlu Məmmədli, onun bacısı Şahanə Yunus qızı Məmmədli və 2012-ci il təvəllüdlü Osmanova Fatimə Mehdi qızı həyətdə oynayarkən su çəninin altında qalıblar.
Hadisə nəticəsində ciddi xəsarətlər alan uşaqlar dərhal xəstəxanaya çatdırılıblar, bacı-qardaşın vəziyyətinin ağır olduğu bildirilir. İlkin tibbi yardım göstərildikdən sonra onlar paytaxt xəstəxanalarından birinə göndəriliblər.
Son xəbərlər
Son Xəbərlər