Salyanda yol qəzası - 4 yaralı

salyanda-yol-qezasi
Oxunma sayı: 2344

Salyanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhər 4 saylı tam orta məktəbin yaxınlığında qeydə alınıb.

Belə ki, Neftçalanın Aşağı Surra kənd sakiini, 74 yaşlı Həmid Yusif oğlu Əhmədov idarə etdiyi minik avtomobili ilə işçiləri evə gətirən zaman onun idarə etdiyi nəqliyyat vasitəsi “Mercedes” markalı avtomobil tərəfindən vurulub. Nəticədə sürücü də daxil olmaqla, Salyan şəhər sakinləri: - 51 yaşlı Səmayə Nəbi qızı Abışova, 39 yaşlı Təranə Qərib qızı Xudiyeva və 68 yaşlı Cəmilə Hüseyn qızı Eyvazova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara ilk tibbi yardım göstərilib. Üç yaralı ambulator müalicəyə buraxılıb. C. Eyvazovanın vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, xəsarət alanlar Salyan Rayon Mənzil İstismarı İdarəsinin işçiləridir.

Faktla bağlı araşdırma aparılır.