Salyanda avtomobil piyadanı vuraraq öldürüb.
"Qafqazinfo"nun məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun Salyandan keçən hissəsində baş verib.
Belə ki, dünən gecə saatlarında şəhər sakini 1957-ci il təvəllüdlü Hüseynov Oktay Müseyib oğlu yolu keçmək istəyərkən "Mercedes" markalı minik avtomobili onu vurub.
Ağır bədən xəsarətləri alan O.Hüseynov Təcili Tibbi Yardım maşını ilə rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilsə də, bir gün sonra ölüb.
Faktla bağlı araşdırma aparılır.
Tural Hüseynli
Son xəbərlər
Son Xəbərlər