Salyandakı qəzada ölənlərin şəxsiyyəti məlum olub - Video+Yenilənib

salyandaki-qezada-olenlerin-sexsiyyeti-melum-olub
Oxunma sayı: 4542

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki hadisə rayonun Boranıkənd ərazisində qeydə alınıb.

Belə ki, “Niva” və “Vaz 2106” minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb, yaralananlar var. 

Hazırda müvafiq qurumların əməkdaşları hadisə yerindədir.

***

Qəzada “Vaz 2106” da olanlar 3 saylı Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin Salyan meşəbəyliyinin işçiləridir. 

Onlardan Biləsuvar rayon sakini Mübaşir Qurbanov və Salyan rayon sakini Mustafa Əhmədov aldıqları xəsarətdən hadisə yerində dünyasını dəyişib, bir nəfər isə yaralanıb.

Qəzada yaralanan Quliyev Cəlal Ceyhun oğlu və Zeynalov Samid Eldəniz oğlu Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Surxay Şahbazov