Salyandan gətirdiyi sərnişini Yasamalda döydü, pulunu aldı

salyandan-getirdiyi-sernisini-yasamalda-doydu-pulunu-aldi
Oxunma sayı: 1621

Quldurluqda şübhəli bilinən Cəlilabad rayon sakini saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, DİN-in “102” Zəng-Mərkəzinə müraciət edən Salyan rayon sakini F.Adışirinov oktyabrın 6-da saat 22 radələrində rayon ərazisində sərnişin qismində “Mercedes” markalı avtomobilə minərək Bakı şəhərinə gəldiyini, Yasamal rayonu ərazisində isə sürücünün onu döyərək 497 manatını aldığını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən, qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü, Cəlilabad rayon sakini S.Piriyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.