“Şamaxı” Futbol Klubunda hazırda əsas komandanın məşqçi və futbolçu heyətinin formalaşdırılması ilə bağlı zəruri hüquqi prosedurların icrası həyata keçirilir.
Klubdan "Qafqazinfo"ya verilən məlumata görə, artıq Vüqar Əsgərli ilə əsas komandanın baş məşqçisi qismində, Cavid Hüseynov, Rüstəm Əliyev və Elhad Nəziri ilə baş məşqçinin köməkçiləri kimi münasibətlər rəsmiləşdirilib. Eyni zamanda, Rüstəm Əliyev ilə əvvəllər imzalanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Digər vacib bir təyinat klubun baş meneceri ilə bağlıdır. Bu vəzifəni Kamran İsmayılov icra edəcək.
Digər təyinatlar, komandanın məşqçi və oyunçu heyətinin formalaşdırılması ilə bağlı yeniliklər barədə "Şamaxı" FK ictimaiyyətə yaxın vaxtlarda əlavə məlumat verəcək.
Son xəbərlər
Son Xəbərlər