“Şamaxı” kuboku qazanan futbolçuların mükafatlarını ödəməyib - Fotolar

samaxi-kuboku-qazanan-futbolcularin-mukafatlarini-odemeyib
Oxunma sayı: 2652

“Şamaxı” futbol klubu (keçmiş "Keşlə") ötən mövsüm Azərbaycan kubokunu qazanan futbolçuların mükafatlarını ödəməyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun sabiq futbolçusu Nicat Qurbanov sosial şəbəkə hesabında paylaşım edib. 

O, istehza ilə “kubokun “mükafatı”nı hələ də xərcləyirəm” paylaşımını edib. Onunla eyni vaxtda komandada çıxış etmiş Vüsal İsgəndərli isə paylaşıma “mənə veriləcək mükafatın da yarısı hələ də qalıb” deyə şərh yazıb.