Şamaxı məktəblərində “Son zəng” keçirildi - Fotolar

samaxi-mekteblerinde-son-zeng-kecirildi
Oxunma sayı: 2566

Bu gün Şamaxı rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərində “Son zəng” tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, şəhər 2 saylı və Dəmirçi kənd tam orta məktəbində təşkil olunmuş “Son zəng” tədbirində rayon rəhbərliyi və Təhsil Nazirliyinin məsul əməkdaşı iştirak edib.

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov ölkəmizdə təhsilin inkişafı onun maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işlərdən geniş söhbət açaraq, məzunları təbrik edib və onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.